Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda avtobusda söyüşlə zarafat qanla bitdi

Baxılıb: 327     Tarix: 22-05-2024 09:14   

Nəsimi rayonu, Səməd Vurğun adına istirahət parkında adam bıçaqlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Rusiya Federasiyasının Dağıstan Respublikasının Kurax rayonunda doğulmuş 1959-cu il təvəllüdlü Məhəmmədrəsulla 1971-ci il təvəllüdlü zərərçəkmiş Taleh (şərti) arasında mübahisə avtobusda baş verib.
Belə ki, 16 avqust 2023-cü il tarixdə Məhəmmədrəsul Mübariz adlı tanışı ilə Xalqlar dostluğu metrosu yaxınlığında birlikdə adını xatırlamadığı kafelərdən birində yemək yeyib və spirtli içki qəbul ediblər. Hər iki avtobusla 28 May metrosunun yaxınlığında yerləşən Səməd Vurğun parkına gəzməyə gəliblər.
Avtobusda olan zaman dostlar içkili olduğundan bir-birləri ilə söyüşlə zarafat etməyə başlayıblar. Bu zaman Taleh onları sakitləşdirib, ictimai yerdə söyüş söyməmələrini xahiş edib. Hər üç şəxs parkın yanında avtobusdan düşüblər. Məhəmmədrəsul avtobusdan düşən kimi üzərində gəzdirdiyi bıçaqla Talehin qarın boşluğundan vurub.
Məhəmmədrəsul məhkəmədə bildirib ki, üzərində bıçaq gəzdirməsinə səbəb ağzında dişinin olmamasıdır. O, yeməkləri bıçaqla kiçik hissələrə bölüb yediyindən üzərində onu gəzdirir. Sonda məhkəmə bir ayağı olmadığı üçün əlillik dərəcəsi aldığını, törətdiyi əməldən səmimi peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Məhəmmədrəsul Cinayət Məcəlləsinin 126.2.4-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 6 il 3 ay azadlıqdan məhrum edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar