Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstana təhvil verildi

Baxılıb: 627     Tarix: 22-05-2024 11:48   

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Qazaxıstana ekstradisiya edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, 1989-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Sadırbayov Serik Sırlıbayeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin  Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Qazaxıstanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S. Sadırbayov 2024-cü ilin fevralında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.
Serik Sadırbayov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanına təhvil verilib.

Qanunvehedef.az
шаблоны для dle 11.2



buy yes2win seo ranking