Kələntərovun hərbçi oğlunun həbsinin - Detalları
Baxılıb: 662 Tarix: 14-06-2024 13:39
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun hərbçi oğlu Rəşid Kələntərov həbs edilib.
"Qafqazinfo" R.Kələntərovun cinayət işinin detallarını əldə edib.
İstintaqla ilkin olaraq müəyyən edilib ki, kapitan rütbəsi ilə xidmət etmiş Rəşid Kələntərov nüfuzundan və yaxşı əlaqələrindən sui-istifadə edərək hərbi qulluqçuların birdəfəlik xidmət yerinin müəyyən edilməsi və digər məsələlərin həlli üçün ümumilikdə 11 min manat rüşvət alıb. Həmin məbləğin 5 min manatını isə dələduzluq yolu ilə ələ keçirib.
Kələntərov bir neçə ay əvvəl istintaqa cəlb edilib. Bu yaxınlarda ona rüşvət alma və dələduzluq maddələri ilə təkrar ittiham elan edilib, ötən gün isə Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq davam edir. İstintaq müddətində ilkin ittihamın həcmi azaldıla və ya genişləndirilə bilər.
R.Kələntərov haqda əldə etdiyimiz başqa bir məlumata görə, onun xidmətə qarşı münasibəti mənfi olub. Xidmətdə yol verdiyi intizamsızlığa görə bir neçə dəfə cəzalandırılıb. Hazırda da üzərində intizam cəzası var.
Onu da qeyd edək ki, ilkin məlumatda R.Kələntərovun atası Saleh Kələntərovun vəzifəsindən azad edildiyi bildirilsə də, onun hazırda xidmətini davam etdirdiyi məlum olub.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər