Xəbər lenti
13/05/2025 [12:29]
POEZIYA
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Axtarışda olan silahlı şəxsi polislər evində yaxaladı

Baxılıb: 609     Tarix: 10-07-2024 12:31   

Astarada keçirilən əməliyyat zamanı axtarışda olan, əvvəllər beş dəfə məhkum edilmiş silahlı şəxs polislər tərəfindən saxlanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Astara rayon sakini, 1978-ci il təvəllüdlü Qurban Fərhad oğlu Ağayevin qeydiyyatda olduğu evdə gizləndiyi, mənzilində və üzərində odlu silah, döyüş sursatı olması ilə bağlı polisə məlumat daxil olub.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Q.Ağayevin üzərindən "SUR M9" markalı tapança, həmin silaha aid yeddi ədəd patron, qeydiyyatda olduğu ünvandan isə ümumilikdə 340 qram metamfetamin və marixuana, 100 ədəd metadon həbi, bir ədəd qanunsuz saxlanılan ov tüfəngi, həmin silaha aid səkkiz ədəd patron, əlavə olaraq içərisində yeddi ədəd patron olan tapança darağı aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə Q.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar