Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda sevgilisini videolarla şantaj edən şəxs həbs edildi

Baxılıb: 411     Tarix: 17-07-2024 14:12   

Bakıda sevgilisinin intim görüntülərini sosial şəbəkədə yayan və qadından hədə-qorxu yolu ilə pul tələb edən şəxs həbs edilib.
Qanunvehedef.az xəbər verir ki, Şəki rayonunun kəndlərindən birinin sakini 1994-cü il təvəllüdlü E.Vahabov cinayət məsuliyyətinə cəlb edilib.
Məlum olub ki, o, əvvəllər də oxşar cinayət əməli törədib və barəsində cinayət işi olmaqla axtarışa verilib. Axtarışda olduğu müddətdə restoranda başqa bir qadınla tanış olub və aralarında sevgi münasibəti yaranıb.
E.Vahabov həmin qadınla paytaxtdakı hotellərdən birində bir neçə dəfə görüşüb. Bu müddətdə o, gizli şəkildə qadını videoya çəkib. Daha sonra isə həmin görüntüləri instaqram sosial şəbəkəsində yerləşdirib.
Qadının tanışları həmin görüntüləri ona göndərərək yayılmış videolar barədə xəbər veriblər. Bundan sonra qadın E.Vahabova yazaraq bu əməllərinə son qoymasını tələb edib. O isə münasibətdə olduğu qadından 50 manat tələb edərək alıb. Kişi yenidən pul tələb etdikdə qadın polisə müraciət edib və faktla bağlı Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.
Bir neçə gün əvvəl E.Vahabov həbs edilib. Həmçinin Xəzər Rayon Məhkəməsinin hökmü ilə ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar