Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ağadadaş Ağayevin atdığı balta qadına dəydi - Rəsmi açıqlama

Baxılıb: 568     Tarix: 23-07-2024 11:51   

Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib. 
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı məlumatı News24.az yayıb. Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidməti açıqlama yayıb. Bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar