Xəbər lenti
24/08/2026 [09:12]
Tramp İrlandiyaya gedir
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda taksi sürücüsünə bıçaq çəkib maşınını əlindən aldılar

Baxılıb: 669     Tarix: 06-08-2024 13:37   

Bakıda avtomobil qaçırılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində baş verib. Taksi sifariş etmiş iki nəfərin sürücünü döyüb bıçaqla hədələyərək "Chevrolet" markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 37 yaşlı Əli Kazımlı və 30 yaşlı Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar