Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan sakinlərinin 80 faizi cinayətkarlıqla mübarizənin səviyyəsindən razıdır

Baxılıb: 755     Tarix: 30-08-2024 10:57   

Azərbaycan sakinlərinin 80 faizi ölkədə cinayətkarlıqla mübarizənin səviyyəsindən razıdır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu SWG analitik agentliyinin Azərbaycanda parlament seçkiləri ərəfəsində apardığı sosial araşdırmada deyilir.
“Respondentlərin 80 faizi Azərbaycanda cinayətkarlıqla mübarizənin səviyyəsindən razıdır, 60 faizə yaxını isə son dərəcə müsbət qiymət verib”, - deyə sorğu məlumatlarında bildirilib.
Qeyd edək ki, 1981-ci ildə İtaliyanın Triest şəhərində yaradılan SWG agentliyi bazarın, siyasətin və cəmiyyətin tendensiyalarını və dinamikasını təhlil edən bazar icmalları, ictimai rəy və institusional qrup sorğuları, sənaye araşdırmaları və monitorinq mərkəzləri hazırlayır və dərc edir.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar