Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı - Cinayət işi açılmadı

Baxılıb: 589     Tarix: 14-10-2024 10:47   

Mart ayında Şirvan sakini Bahar Qasımovanın “Stimul Hospital”da vəfat etməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda aparılan araşdırma yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, mərhumun oğlu, jurnalist Fərahim Qasımov bildirib ki, prokurorluq ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarıb.
F.Qasımov düşünür ki, araşdırma materiallarında həkim və tibb işçilərinin ifadələri arasında çoxsaylı uyğunsuzluq var. O, klinikanın hadisəyə aid kamera görüntülərini də təqdim etmədiyini, həmçinin sənədlərə sonradan anasının başqa xəstəlikdən əziyyət çəkməsinə dair həkim rəyinin əlavə edildiyini bildirib: “Anama sonradan uydurma “Timoma” dioqnozu qoyaraq ölümündə adı keçən şəxsləri məsuliyyətdən xilas etməyə çalışıblar”.
Xatırladaq ki, hadisədən sonra “Stimul Hospital” Bahar Qasımovanın 18 mart 2024-cü ildə baş verən ölümü ilə bağlı açıqlama yaymışdı və məlumatda “Timoma” dioqnozu qeyd edilməmişdi. Tibb müəssisəsindən bildirilmişdi ki, 1967-ci il təvəllüdlü xəstə martın 7-si ürəkbulanma, tək-tək qusma, göbəkaltı nahiyədə ağrılar və arıqlama şikayətləri ilə hospitala müraciət edib: “Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb”.

Qanunvehedef.azшаблоны для dle 11.2