Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi

Baxılıb: 851     Tarix: 22-10-2024 13:10   

Xalq artisti Ağadadaş Ağayevin balta insidenti ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Qanunvehedef.az Oxu.Az-a istinadən xəbər verir ki, balta insidenti ilə bağlı iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Bunlar "MedEra" hospitalının mühafizəçisi Saleh Cəlilov və həmin hadisədə xəsarət alan Nəzakət Paşayevadır.
Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib. İşə hakim Vüsal Tağıyev sədrlik edəcək.
Qeyd edək ki, hadisə bu il iyulun 23-də baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi açılıb.
Bu maddə ilə təqsirləndirilən şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking