Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

Baxılıb: 905     Tarix: 22-10-2024 14:00   

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinin sifarişçisi, keçmiş rektor Müşfiq Atakişiyev, icraçılar - Samir Quliyev və Dəyanət Quliyevin apellyasiya şikayətlərinə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.
Fərid Əyyubovun sədrlik etdiyi yuxarı instansiya məhkəməsinin hakimləri verilmiş cəzaların qanunauyğun olduğunu elan edilblər.
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib. M. Atakişiyev, S. Quliyev və D. Quliyevin hər biri haqda 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qanuni qüvvəyə minib.
Qeyd edək ki, hadisə 13 il əvvəl - 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sail Ağasəlim

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking