Xəbər lenti
14/11/2024 [14:28]
POYEZİYA
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Məhkəmə zalından azadlığa çıxan Nadir Əliyevin həbsi tələb edilir

Baxılıb: 675     Tarix: 14-11-2024 12:16   

“Məhsul” stadionunu satmaq istəməkdə təqsirli bilinən stadionun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyev barəsindəki hökmdən apellyasiya protesti və apellyasiya şikayətləri verilib.
“Qafqazinfo”nun məlumatına görə, həm prokuror həm zərərçəkmiş şəxslər hökmdən narazıdırlar.
Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Namazovun sədrlik etdiyi hakimlər araşdırıb. Təqsirləndirilən şəxslər ikisi də xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Onların ikisinə də Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilsə də, eyni məcəllənin 70-ci maddəsi (şərti məhkum etmə) yalnız Nadir Əliyevə şamil edilib. Hökmə əsasən, Alik Həsənov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Nadir Əliyev isə məhkəmə zalından birbaşa azadlığa buraxılıb.


Qanunla nəzərdə tutulandan aşağı həddə cəza təyin edildiyi üçün ittiham tərəfi və zərərçəkmiş şəxslər hökmlə razılaşmır. Tərəflər dəymiş ziyan ödənilmədiyi halda müttəhimlərə yüngül cəza verilməsini qanunauyğun hesab etmirlər. Bu səbəbdən hər biri ayrı-ayrılıqda apellyasiya protesti və apellyasiya şikayətləri verib. Protest və şikayətlərdə Alik Həsənovun cəzasının ağırlaşdırılması, Nadir Əliyevin isə həbs edilməsi, həmçinin onların əmlaklarının satılaraq dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi istənilir.
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsinə yeni təyin edilmiş hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Qanunvehedef.azшаблоны для dle 11.2