Xəbər lenti
24/08/2026 [09:12]
Tramp İrlandiyaya gedir
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda quldurluq etmiş şəxslər tutuldu - Video

Baxılıb: 1 016     Tarix: 16-12-2024 14:26   

Paytaxtın Nizami rayonu ərazisində 76 yaşlı kişiyə qarşı quldurluq cinayəti törədilib.
Qanunvehedef.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evin qarşısında tanımadığı şəxslərin ona zor tətbiq edərək içərisində pul, sənədlər və digər qiymətli əşyalar olan çantasını ələ keçirdiklərini bildirib.
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı Valeh Abbasov və 21 yaşlı Röyal Əsədov saxlanılıblar. Həmin şəxslərin etdikləri əməl ərazidəki kameralar vasitəsilə də anbaan qeydə alınıb.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı dekabrın 13-ü saat 15 radələrində Q. Qarayev prospektində 55 yaşlı qadının qızıl boyunbağısını qoparıb qaçan əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Rahib Babayev də saxlanılıb.
Hər iki faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}