Xəbər lenti
24/08/2026 [09:12]
Tramp İrlandiyaya gedir
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İlhamə Elşadqızı həbs olundu

Baxılıb: 855     Tarix: 27-12-2024 12:59   

Tiktok sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində saxlanılan özünü şair kimi təqdim edən İlhamə Elşadqızı həbs olunub.
Yasamal rayon Məhkəməsində onun barəsində həbs qərarı verilib.
İ. Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
O, polisin keçirdiyi əməliyyat nəticəsində saxlanıb.
Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı Tiktok səhifəsinin idarəçiləri - Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların da barəsində həbs qərarı çıxarılıb.
Şair İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar