Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Moldovada saxlanılan şəxs Azərbaycana gətirildi

Baxılıb: 600     Tarix: 15-01-2025 10:47   

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstardisiya edilib.
Qanunvehedef.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Emin Nazim oğlu Həsənov ekstradisiyası haqqında qərar qəbul olunub.
Abşeron Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Emin Nazim oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Emin Həsənov Moldova ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar