Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

Baxılıb: 920     Tarix: 30-01-2025 15:05   

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə təqsirli bilinən əsas fiqurlar - general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəisləri hökmdən narazıdırlar.
“Qafqazinfo”nun məlumatına görə, 11 il yarıma kimi həbsə məhkum edilmiş zabitlər hər biri apellyasiya şikayəti veriblər.
Onlar dövlətə dəymiş ziyanın xeyli hissəsinin ödənilməsini nəzərə alaraq cəzalarının yüngülləşdirilməsini istəyirlər.
Artıq Bakı Apellyasiya Məhkəməsi şikayətləri icraata götürüb. İlk baxış iclası fevralın 3-nə təyin edilib.
Qeyd edək ki, bu cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar