Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Qumar kralı" Şəkili Yusif həbs edildi

Baxılıb: 991     Tarix: 05-02-2025 11:36   

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının təşkilinə qarşı əməliyyat keçirib.
Qanunvehedef.az "Qafqazinfo"a istinadla xəbər verir ki, əməliyyatla ölkədə "qumar kralı" kimi tanınan Yusif Baqiyev (Şəkili) də saxlanılıb.
Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.
Bu maddələrin sanksiyasında 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ağır cinayətlərdə təqsirləndirilən Baqiyevin cinayət işinin detalları barədə əlavə məlumat verilməyib. Hazırda iş üzrə ilkin istintaq aparılır.
Qeyd edək ki, Şəkili Yusif kimi tanınan Yusif Baqiyevin adı mediada tez-tez hallanır. Onun Bakıda yerləşən iaşə obyektlərində qanunsuz qumar oyunları təşkil etdiyi deyilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar