Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Gürcüstanda əməliyyat: Qanuni oğrular saxlanıldı

Baxılıb: 936     Tarix: 07-02-2025 12:40   

Gürcüstan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tiflis, İmereti və Sameqrelo bölgələrində keçirdikləri xüsusi əməliyyat nəticəsində qanuni oğrular və oğru dünyası ilə əlaqəli 26 nəfəri saxlayıb.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, daha 4 nəfərə qiyabi ittiham irəli sürülüb.
Məlumata görə, onlardan 3-ü qanuni oğrudur.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər maliyyə mübahisələrinin həllində iştirak edərək xaricdəki qanuni oğrularla əlaqə saxlayıb və “oğru söhbətləri” təşkil ediblər.
Axtarışlar zamanı kompüter texnologiyaları, mobil telefonlar, odlu silahlar, patronlar və narkotik maddə olan marixuana götürülüb.
Sözügedən cinayətlər barədə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar