Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Daha üç qadın dəm qazından öldü

Baxılıb: 728     Tarix: 03-03-2025 11:05   

Mingəçevirdə 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Qanunvehedef.az xəbər verir ki, hadisə bu gün baş verib. Rəsul Rza küçəsində yaşayan Gülnar Əlizadə qazdan boğularaq həyatını itirib.
Oxşar hadisə Şamaxı rayonunda qeydə alınıb. Martın 2-nə keçən gecə Şamaxı şəhər sakini 1979-cu il təvəllüdlü Şəfəq Kərimova A.Məmmədağa küçəsindəki evdə dəm qazından zəhərlənərək ölüb.
Daha bir qazdan boğulma hadisəsi isə Masallı şəhərində olub. 1956-cı il təvəllüdlü Firəngiz Yaqubova yaşadığı Heydər Əliyev prospektindəki evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Hər üç faktla bağlı araşdırma aparılır.

Qanunvehedef.az



{sape_links}{sape_article}