Xəbər lenti
Arxiv
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sabiq direktor müavini Lalə Novruzova həbs edilib

Baxılıb: 522     Tarix: 14-03-2025 14:15   

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə sabiq direktor müavini Lalə Novruzova həbs edilib.
Qanunvehedef.az-n əldə etdiyi məlumata görə, 2022-ci ildə korrupsiya əməlləri ilə bağlı işdən çıxarılan L.Novruzovaya hökm oxunub.
Məhkəmədə o, Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci (Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin balansında olan təhsil mərkəzində aparılan yoxlamalar zamanı külli miqdarda pulun ələ keçirilməsi üzə çıxıb. Həmin vaxt Lalə Novruzova vəzifədən azad edilib və mərkəzdə qarmon müəllimi kimi fəaliyyətinə davam edib.
İstintaq müddətində o, polisin nəzarəti altına verilməklə sərbəst buraxılıb.
Məhkəmə Lalə Novruzovanın dövlət büdcəsinə vurduğu ziyanı ödəməməsini əsas götürərək onun həbs edilməsinə qərar verib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq vəzifəli şəxsə 3 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.
Təqsirləndirilən şəxsdən 32.215,07 manat pulun tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Mədəniyyət Nazirliyinə ödənilməsi də hökmdə öz əksini tapıb.
Qeyd edək ki, L. Novruzova 2013-2022-ci illərdə Şamaxı Şəhər İncəsənət
Təhsili Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar