Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Üç il aliment ödəməyən kişi HƏBS EDİLDİ

Baxılıb: 741     Tarix: 04-04-2025 12:58   

 Lerikdə aliment borcunu ödəməyən ata həbs edilib.
Qanunvehedef.az Modern.az-a istinadən xəbər verir ki, rayonun Zərdəbərə kənd sakini 11100 manat aliment borcunu ödəməkdən imtina etdiyi üçün məhkəmənin qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, kənd sakini 2018-ci ildən üç övladının hər birinə 100 manat olmaqla 300 manat aliment verməli idi.
O, istintaq dövründə ümumi borcunun 400 manatını ödəyib.
Sözügedən şəxs 2023-cü ildə səkkiz gün müddətinə inzibati qaydada həbs edilib, məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunub və ölkədən çıxışına qadağa qoyulub.
Ümumilikdə atanın 11 min manat borcu yaranıb, amma o, bu məbləği ödəyə bilməyib.
Yekun nəticədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking