Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Çağırışa gedən həkim bıçaqlandı - Saxlanılan var

Baxılıb: 887     Tarix: 07-04-2025 13:25   

Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən hücuma məruz qalıb.
Qanunvehedef.az “Unikal”a istinadən xəbər verir ki, Xoşbulaq kəndinə çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.
Barmağından yaralanan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 28 yaşlı Ş.Əliyev törədib. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
DİN-in Mətbuat xidmətinin Gəncə Regional bölməsindən “Qafqazinfo”ya bildirilib ki, hadisəni törədən 1997-ci il təvəllüdlü Şahin Əliyev polis tərəfindən saxlanılıb.
Ş. Əliyevin hadisə vaxtı sərxoş olduğu, əvvəllər də bir neçə dəfə oxşar vəziyyətdə “103”ə zəng edərək tibbi yardım istədiyi məlum olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar