Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda tutulan Özbəkistan vətəndaşı ölkəsinə verildi

Baxılıb: 763     Tarix: 21-04-2025 14:45   

Özbəkistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvarında Azərbaycanda müəyyən edilərək saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilmiş 1962-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Rzayev Akif İmran oğlunun həmin dövlətin Cinayət Məcəlləsinin 168-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə məhkum edilməsinə dair ittiham hökmünün icrası üçün verilməsi ilə bağlı Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən Akif Rzayevin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar