Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

DTX axtarışda olan çoxlu sayda terrorçunu həbs etdi

Baxılıb: 623     Tarix: 12-05-2025 09:56   

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.
Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.
DTX-nin Mətbuat xidmətindən isə yerli medianın sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcəkdir.
Mövzunu diqqətdə saxlayırıq.

Qanunvehedef.az



{sape_links}{sape_article}