Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənistana casusluq edənə hökm oxundu

Baxılıb: 520     Tarix: 20-05-2025 12:24   

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edərək dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Şahin oğlu Əbilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qanunvehedef.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, o, 18 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
O, üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanətdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.
İqbal Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar