Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu məlumatları heç kimlə paylaşmayın!

Baxılıb: 859     Tarix: 26-05-2025 11:13   

Mayın 24-də və 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4500, 2576, 1413, 698, 606, 574, 240, 239, 202, 150, 122, 100, 95, 90, 66, 57 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.

Qanunvehedef.az



{sape_links}{sape_article}