Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

DİN-nin məlumatı Ötən gün bank kartlarından oğurluq edilməyib

Baxılıb: 348     Tarix: 10-06-2025 11:36   

 İyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.
DİN naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə əhalini diqqətli olmağa çağırır:
- Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır.
- Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür.
Vətəndaşlara tövsiyə edilib ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, heç bir halda şəxsi və maliyyə məlumatlarını paylaşmasınlar, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəssinlər və nömrəni bloklasınlar.
Qeyd edilib ki, bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar