Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Mahir Ay Brat” yenidən həbs olundu

Baxılıb: 681     Tarix: 20-06-2025 09:57   

“Mahir Ay Brat” kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib.
Qanunvehedef.az-in“Report”a istinadən məlumatına görə, Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib.
Hazırda o tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, M. Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, meyxanaçı barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}