Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiyada azərbaycanlı biznesmen saxlanıldı

Baxılıb: 442     Tarix: 23-07-2025 10:44   

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları daha bir azərbaycanlını saxlayıb.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı İctimai Palatanın üzvü Dmitri Çukreev “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, saxlanılan sahibkar Elvin Şükurov öncədən əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə böyük miqdarda markalanmamış alkoqollu məhsulların satışı məqsədilə istehsalı, saxlanması və daşınması üzrə ittiham olunub.
Qeyd olunub ki, Elvin Şükurov Sverdlovsk vilayətinin Pervouralsk şəhərində yerləşən saxta alkoqol istehsalı və qablaşdırılması ilə məşğul olan gizli sexdə işləyirmiş.
Rosqvardiya əməkdaşları Sverdlovsk Daxili İşlər Baş İdarəsinin dəstəyi ilə həmin obyektin fəaliyyətini dayandırıblar. E.Şükorov isə istintaq təcridxanasına göndərilib.
“Kommersant” qəzetinin məlumatına görə, Yekaterinburqda azərbaycanlılardan ibarət etnik qruplaşmanın üzvləri saxta alkoqolun tədarükündə şübhəli bilinir.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Yekaterinburqda OMON dəstələri azərbaycanlıların yaşadığı ünvanlara basqın etmişdilər. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülmüş, bir neçə nəfər isə saxlanılmışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar