Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Şəki rayonunda polis əməliyyat keçirib - Video

Baxılıb: 342     Tarix: 22-08-2025 10:13   

Narkotik vasitələrin satışı və kultivasiyasına qarşı bu dəfə meşəlik ərazidə əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a  bildirilib ki, əməliyyatla Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb.
Arşadırma zamanı onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və  satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.
Məhkəmənin qərarı ilə P.Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar