Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arvad ərini kürəyindən bıçaqladı

Baxılıb: 481     Tarix: 04-09-2025 11:25   

İsmayıllı rayonunda arvad ərini kürəyindən bıçaqlayıb.
Qanunvehedef.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhəri, Təbriz küçəsində baş verib.
Kənd sakini Samir Ağarzayev (soyadı şərtidir) 2015-cü ildə 1991-ci il təvəllüdlü Gülnar Ağarzayeva ilə ailə qurub və birgə nikahda iki oğlu olub. Bir müddət sonra Samir evə tez-tez içkili gəlməyə başlayıb. Daha sonra isə o, günlərlə evə gəlməyib və başqa ünvanda gecələyib. Nəticədə ailədə münasibətlər daha da gərginləşib.
Bir gün Samir yorğun halda evə gəlib yatıb. O, səhər yuxudan oyananda mobil telefonunu qoyduğu yerdə tapmayıb və Gülnardan telefonunu istəyib. Gülnar isə onun telefonundan xəbərsiz olduğunu bildirib. Bir neçə saatdan sonra yuxudan oyanan Samir yenidən mobil telefonunu axtarıb. Gülnar isə telefonu ona verməyib. Nəticədə ərlə arvad arasında dava düşüb. Dava zamanı Samir həyat yoldaşını şillə ilə vurub. O, evdən çıxarkən Gülnar mətbəx bıçağını götürərək on kürək nahiyəsindən zərbə endirib. Samir bıçağı kürəyindən çıxararaq yerə atıb və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gedib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.
İsmayıllı Rayon Məhkəməsində keçirilən prosesdə Samirə dəymiş ziyan ödənildiyindən tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Gülnar məsuliyyətdən azad olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar