Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlhamə Elşadqızına hökm oxundu

Baxılıb: 428     Tarix: 24-09-2025 12:58   

Tiktokda əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qanunvehedef.az Axar.az-a istinadən  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Sənədlərin tədqiqi zamanı təqsirləndirilən şəxsin saxlanılması, evində aparılan axtarışı əks etdirən videogörüntülər nümayiş olunub.
Məhkəmə istintaqı yekunlaşıb.
Daha sonra dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili cinayət işini əsassız adlandıraraq məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.
Təqsirləndirilən İlhamə Elşadqızı son sözündə ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib.
Müşavirədən qayıdan məhkəmə tərkibi hökm oxuyub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
Tiktok əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar