Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycandan gələn maşından 50 milyon dollarlıq heroin çıxdı

Baxılıb: 431     Tarix: 27-09-2025 15:47   

İrandan Gürcüstana keçən avtomobildən 200 kiloqram heroin müsadirə edilib.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Patrul Polisi Departamentlərinin əməkdaşları, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə xüsusilə külli miqdarda – 200 kiloqram heroini müsadirə ediblər.
Müsadirə olunan narkotiklərin "qara bazar"dakı dəyəri 50 milyon dolları ötür.
DİN-də keçirilən brifinqdə bildirilib ki, hadisə ilə bağlı İran İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü M.B. saxlanılıb.
"Hüquq-mühafizə orqanları təqsirləndirilənin idarə etdiyi, "balıq yemi" ilə yüklənmiş yük avtomobilindən 8 ədəd çanta içərisində 200 kiloqram heroin aşkar edərək götürüb. Əldə olunan sübutlar göstərir ki, avtomobil İrandan Azərbaycana, oradan isə Gürcüstana "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsindən keçib", – brifinqdə bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətdə əli olduğu iddia edilən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün istintaq davam edir.
"Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi və 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan 262-ci maddəsinin 4-cü hissəsinin "a" bəndi ilə istintaq aparılır", - daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qeyd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar