Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan vasitəsilə 200 kq heroin keçirən iranlı həbs olundu

Baxılıb: 344     Tarix: 28-09-2025 16:24   

İrandan Azərbaycan vasitəsilə Gürcüstana yük maşınında 200 kiloqram heroin keçirmiş əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.
Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, Tiflis Şəhər Məhkəməsi qərarla Gürcüstanın Baş Prokurorluğunun vəsatətini təmin edib.
Təqsirli bilinən İran vətəndaşının vəkili yerli mediaya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs özünü günahkar bilmir, belə ki, nə yük maşını, nə də yük ona aid olub.
İstintaqla yükün Bolqarıstana ixrac üçün nəzərdə tutulduğu müəyyən edilib.
Xatırladaq ki, külli miqdarda narkotik vasitə Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində balıq yemi ilə yüklənmiş yük maşınına keçirilmiş baxış zamanı 8 kisədə aşkarlanıb. Müsadirə edilmiş narkotik vasitənin “qara bazar”da dəyəri 50 milyon dollardan çoxdur.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar