Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi

Baxılıb: 710     Tarix: 22-10-2025 10:32   

Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində müvafiq tədbir görülüb.
Belə ki, 03 iyul 2025-ci il tarixində öz ərizəsi ilə işdən azad edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rüfət Sultanovun icraatında olan iş üzrə rüşvət almasına əsaslı şübhələr yarandığından, toplanmış materiallar ekspertin əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına göndərilib.
Aparılmış istintaq hərəkətləri nəticəsində keçmiş ekspert R.Sultanov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar