Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Zal Yusifovun oğlu yenidən həbs edildi

Baxılıb: 740     Tarix: 20-11-2025 12:06   

Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov həbs edilib.
Qanunvehedef.az Teleqraf-a istinadən xəbər verir ki, o, yaxın dostu İlham Abbasovla birlikdə mühakimə edilir.
Onların hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilirlər.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və araşdırılması üçün hakim Elnur Nuriyevin icraatına verilib.
Hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Məlumata görə, İslam Yusifov 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. Onun zərərçəkmişə tenderdə qalib gəlməsi üçün vəd verdiyi, bu yolla aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyi deyilir.
İş üzrə zərərçəkmişlərin sayının çox olduğu bildirilib.
Qeyd edək ki, İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.
Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib. O, bu günə kimi də zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar