Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı

Baxılıb: 1005     Tarix: 22-12-2025 11:49   

“Sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək” adı altında çoxsaylı paylaşımlara rast gəlinir”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, internet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür reklamlar və şirnikləndirici təkliflər saxtadır.

“Bunlara birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır.

Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özünüzü təhlükələrdən qoruya bilərsiniz”, - məlumatda vurğulanıb.

Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar