Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Vaqif Allahverdiyevin işi üzrə ittiham elan olundu

Baxılıb: 9112     Tarix: 13-01-2026 11:40   

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən, ABŞ-da yaşayan Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Qanunvehedef.az Axar.az istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Müdafiə vəkili vəsatəti olduğunu söyləyərək çıxış üçün vaxt istəyib.

Növbəti proses yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, ABŞ-ın Kaliforniya statında yaşadığı dövrdə ad, soyadını Viktor Aleksandr kimi dəyişib. 2017-ci ilin mart-may aylarında ayrı-ayrı 5 video müraciət hazırlayıb. O, həmin videolarda Azərbaycan vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa, Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi yolu ilə çıxmağı təşviq edən açıq çağırışlar edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar