Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Siqaret qaçaqmalçılığına görə daha 2 nəfər həbs edildi

Baxılıb: 9224     Tarix: 23-01-2026 11:42   

Siqaret qaçaqmalçılığı ilə bağlı açılmış cinayət işi üzrə daha 2 nəfər həbs olunub.

Qanunvehedef.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Gürcüstana qaçmış və beynəlxalq axtarışa verilmiş iki şəxs ölkəmizə ekstradisiya edilib.

Belə ki, Əbülfət Həsən oğlu İsmayılzadə və Amal Sarvan oğlu Əzizovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul olunub və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Xatırladaq ki, cinayət işi üzrə xeyli vəzifəli şəxs həbs edilib və ya işdən çıxarılıb. Onların arasında gömrükçülər, sərhədçilər, dənizçilər və digər şəxslər var.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar