Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

DTX tərəfindən saxlanılan şəxslərə hökm oxundu

Baxılıb: 9310     Tarix: 13-02-2026 15:13   

Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən Əbdülsaməd Atayev və Elnur Rəfiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanunvehedef.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Əbdülsaməd Atayev və Elnur Rəfiyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib.

Qeyd edək ki, Əbdülsaməd Atayev və Elnur Rəfiyev DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar və onlara AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar