Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

General oğlunun həbsi haqda yeni qərar

Baxılıb: 8113     Tarix: 23-02-2026 10:36   

General Cəbrayıl Usubovun beş milyonluq siqaret qaçaqmalçılığı cinayətində ittiham olunan oğlu Fərid Usubov məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokuror təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.

Binəqədi Rayon Məhkəməsi ibtidai istintaqın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq təqdimatı təmin edib.

Qərara əsasən, Fərid Usubovun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, F.Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində işləyib. O, 2 ay əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Xəbəri rus dilində oxuyun: Срок ареста сына генерала Усубова увеличили на 3 месяца

F.Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğludur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar