Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İslam Rzayevin həbs müddəti uzadıldı

Baxılıb: 8211     Tarix: 23-02-2026 11:09   

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev barəsində daha bir qərar verilib.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cinayət işi üzrə ibtidai istintaqın uzadılması ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

Vəsatətdə təqsirləndirilən şəxsin həbsinin davamının zəruri olduğu vurğulanıb.

Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayıb. Qərara əsasən, İslam Rzayevin həbs müddəti daha 3 ay uzadılıb.

Xəbəri rus dilində oxuyun: Суд вынес новое решение по делу экс-главы Балакена

Qeyd edək ki, DTX 2025-ci ilin oktyabrında Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı külli miqdarda mənimsəmə və təkrar rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar