Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İlqar Əliyevin cəzası azaldıldı

Baxılıb: 8312     Tarix: 02-03-2026 11:05   

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev barəsindəki qərar dəyişdirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə məhkumun şikayətini qismən təmin edib.

Qərara əsasən, İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilib. Cəzasının əvvəli 2023-cü ilin dekabrından hesablandığı üçün bu qərarla onun çəkilməmiş 10 ay həbs müddəti qalıb. 3 ilin də 2/3-hissəsi başa çatdığından şərtlər uyğun gəldiyi halda məhkum daha tez azadlığa çıxa bilər.

Qeyd edək ki, İlqar Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar