Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiya 2 nəfəri Azərbaycana təhvil verdi

Baxılıb: 8120     Tarix: 04-03-2026 12:12   

Beynəlxalq axtarışda olan 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları Əbdül Ruslam oğlu Musayev və Rüstəm Əhməd oğlu Hüseynovun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.

Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar