Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Gürcüstanda azərbaycanlı merin qardaşı saxlanıldı

Baxılıb: 7314     Tarix: 07-04-2026 13:21   

Gürcüstanın Marneuli şəhərinin meri Daur İsmailovun qardaşı Kənan İsmailov saxlanılıb.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb.

Kənan İsmailovun bir qrup şəxslə birlikdə vətəndaşın qarşısını kəsərək ona ağır fiziki zorakılıq tətbiq etdiyi iddia olunur. Çörəkbişirmə müəssisəsinin sahibi olan döyülən şəxsin çörəyin qiymətinin süni şəkildə artırılması iddiası ilə razılaşmadığı bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (“Zorakılıq”) maddəsi ilə cinayət işi açılıb. Sözügedən maddə 1 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, Gürcüstan mediasında Marneulinin çörək bazarında ən böyük payın mer ailəsinə məxsus olduğu iddia edilir.

Fotoda: Daur İsmailov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar