Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prokuror Şahin Şıxlinski və oğluna - 9 il iş istədi

Baxılıb: 7521     Tarix: 09-04-2026 13:03   

Yekaterinburqda Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qanunvehedef.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prokuror məhkəmədə Şahin Şıxlinskiyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il, Mutvalı Şıxlinskiyə isə cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməklə eyni müddətə həbs istəyib.

Xatırladaq ki, ata və oğlunun cinayət işi 2025-ci il iyulun 1-də baş vermiş insidentlə bağlıdır. Belə ki, həmin tarixdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatçıları içində Mutvalı Şıxlinskinin idarə etdiyi və içində Şahin Şıxlinskinin olduğu avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski avtomobillə FTX əməkdaşlarından birini vurub.

Qeyd edək ki, bu ilin martında Ş.Şıxlinski və bir qrup həmyerlimiz barəsində məhkəmə hökmü oxunub. Məhkəmənin qərarı ilə keçmiş diaspor rəhbəri ilk 4 ilini həbsxanada, 18 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməklə 22 il azadlıqdan məhrum edilib. O, 2001 və 2010-cu illərdə sahibkarların öldürülməsi və öldürülməsinə cəhddə təqsirli bilinib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar