Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Məktəbə hücum edən tələbənin anası həbs edildi

Baxılıb: 7313     Tarix: 22-04-2026 11:35   

Türkiyənin Qəhrəmanmaraş şəhərində məktəbə silahlı hücum edən və 10 nəfəri öldürüb, 20 nəfəri yaralayan İsa Araz Mersinlinin anası Pınar Peyman Mersinli həbs edilib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, yeniyetmənin anası oğlunun psixiatrik müalicəyə ehtiyacı ilə bağlı həkim tövsiyələrini nəzərə almayıb və bu laqeydlik cinayətin baş verməsinə şərait yaradıb.

Bildirilir ki, hücumdan əvvəl iki müxtəlif tibb müəssisəsinin psixoloqları yeniyetmənin müalicəsini tövsiyə etsə də, ana buna məhəl qoymayıb və müvafiq tibbi yardıma müraciət etməyib. Prokurorluq Pınar Peyman Mersinlinin səhlənkarlıq səbəbilə həbsini tələb edib və məhkəmə bu vəsatəti təmin edərək onun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, müəllim işlədiyi bildirilən Pınar Mersinli məhkəmə qərarı ilə həbsxanaya göndərilib. Faktla bağlı araşdırma davam edir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar