Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xətai rayonunda qohumunun evindən 20 minlik oğurluq edən şəxs saxlanıldı

Baxılıb: 7313     Tarix: 12-05-2026 12:15   

Xətai rayonunda qohumunun evindən 20 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15 000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar