Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Eyyubov, Daşdəmirov və general oğlu haqda - Yeni qərar

Baxılıb: 8215     Tarix: 18-05-2026 10:37   

5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov hakim qarşısına təkrar çıxarılıblar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokuror təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Binəqədi Rayon Məhkəməsi ibtidai araşdırmanın davam etməsini və əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib.

Qərara əsasən, Ruslan Eyyubov, Rəşad Daşdəmirov və Fərid Usubovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 5 ay əvvəl həbs ediliblər. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

F.Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğludur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar