Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rəisi işdən çıxarılan qurumda - Korrupsiya araşdırması başladı

Baxılıb: 8518     Tarix: 26-05-2026 09:57   

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”ndə korrupsiya halları ilə bağlı araşdırma başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət vəzifə səlahiyyətlərini aşma və korrupsiya halları ilə bağlı ittihamlardan gedir.

Qanun pozuntusu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib. Müraciət əsasında qurumun bəzi vəzifəli şəxslərinin dindirildiyi bildirilir.

Faktla bağlı aparılan araşdırma çərçivəsində kimlərinsə təqsirləndirilən şəxs qismində cəlb olunub-olunmadığı hələlik məlum deyil.

Qeyd edək ki, yeni AAYDA sədri Vüsal Nəsirlinin Əmri ilə Xidmətin rəisi Səftər İsmayılov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, 20 il “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi işləyib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar